Təhlükəsizlik və Məxfilik Mərkəzi

Məxfilik

Şəxsi məlumatlarınızın mühafizəsi

Biz istifadəçilərimizin şəxsi məlumatlarını qorumaq öhdəliyi daşıyırıq. Biz şəxsi məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün müvafiq texniki və təşkilati tədbirlər həyata keçiririk. Ancaq unutmayın ki, heç bir sistem tamamilə təhlükəsiz deyil.

Biz sistemlərimizdə şəxsi məlumatlara icazəsiz girişdən və onların lazımsız olaraq saxlanmasından qorunmaq üçün müxtəlif təminatlar tətbiq etmişik. Bunlara anonimləşdirmə, şifrələmə, giriş və saxlama siyasətləri daxildir.

İstifadəçi hesabınızı qorumaq üçün sizə aşağıdakıları etməyi tövsiyə edirik:

  • yalnız Spotify hesabınız üçün istifadə etdiyiniz güclü paroldan istifadə etmək
  • parolunuzu heç vaxt heç kimlə paylaşmamaq
  • kompüterinizə və brauzerinizə girişi məhdudlaşdırmaq
  • paylaşılan cihazda Spotify Xidmətindən istifadəni bitirdikdən sonra sistemdən çıxmaq
  • hesabınızı qorumaq haqqında daha ətraflı oxumaq

Daha ətraflı məlumat üçün Məxfilik Siyasətimizin 8-ci bölməsinə baxın.